Ağdam sakini həmyerlisi tərəfindən bıçaqlandı

Ağdam sakini həmyerlisi tərəfindən bıçaqlandı Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
22 Fevral , 2020 23:57
Ağdam sakini həmyerlisi tərəfindən bıçaqlandı

Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Rayon sakini Murad Kərimov həmyerlisi tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan yaralı ətrafdakı insanların köməkliyi ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi