Yuxarı
    Bağlamaq

    Ağdam sakini avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib

    Hadisə yerinə baxış zamanı nömrəsi silinmiş AK-74 markalı silah, 76 ədəd patron, 3 patron darağı və 1 ədəd giliz aşkar edilərək götürülüb

    Bakı. 12 dekabr. REPORT.AZ/ Ağdam sakini avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib. 

    "Report" xəbər verir ki, dekabrın 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Emil Aslanov evində ailə-məişət münaqişəsi zəminində avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib.

    Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş "AK-74" markalı silah, 76 ədəd patron, 3 patron darağı və 1 ədəd giliz aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırmalar aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi