Ağcabədidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Ağcabədidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Mart , 2017 12:18
Ağcabədidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Bakı. 13 mart. REPORT.AZ/ Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib. 

Belə ki, həmin qəsəbənin sakini Təbriz Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, Xocavənd rayon sakini Niyaməddin Abdullayevin idarə etdiyi "KamAZ" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü T.Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və martın 11-də orada ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi