Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var

Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var Ağcabədidə yol qəzası baş verib
Hadisə
9 May , 2021 23:33
Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var
0 : 00
0 : 00

Ağcabədidə yol qəzası qeydə alınıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə 1 nəfər deformasiyaya uğrayan "LADA" markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi