Ağcabədidə yol qəzası: bir nəfər ölüb, üç nəfər xəsarət alıb - YENİLƏNİB

Hadisə
  • 11 yanvar, 2023
  • 08:57
Ağcabədidə yol qəzası: bir nəfər ölüb, üç nəfər xəsarət alıb - YENİLƏNİB

Ağcabədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün Ağcabədi rayonu ərazisində rayon sakinləri Ayxan Quliyev və İsa Cəfərovun idarə etdikləri müvafiq olaraq "Mercedes" və "Lada" markalı avtomobillər toqquşublar.

Nəticədə "Lada"nın sərnişini Rəşadət Abbasov ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

12:54

Ağcabədi rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.