Ağcabədidə yanğın nəticəsində mal-qara tələf olub

Ağcabədidə yanğın nəticəsində mal-qara tələf olub Hadisə Qaravəlli kəndində baş verib
Hadisə
14 May , 2017 01:19
Ağcabədidə yanğın nəticəsində mal-qara tələf olub

Bakı. 14 may. REPORT.AZ/ Gecə saatlarında Ağcabədi rayonunun Qaravəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2olan tövlədə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tövlədə olan 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi