Ağcabədidə yanacaqdoldurma məntəqəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
- 27 avqust, 2025
- 10:59
Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un Qarabağ bürosuna DİN mətbuat xidmətinin regional qrupundan bildirilib ki, yanğını törətməkdə şübhəli bilinən Bayram Rafiq oğlu Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Şübhəli şəxsin yanacaqdoldurma məntəqəsinin sahibi Xəqani Rəhim oğlu Vəliyevin qardaşı oğlu olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
08:59
Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsi yanıb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində, Mingəçevir-Bəhramtəpə magistral yolu üzərindəki məntəqədə baş verib.
Əraziyə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.