Yuxarı

​Ağcabədidə üç avtomobil toqquşub: xəsarət alanlar var

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ağcabədi rayonunda üç minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ağcabədi Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Qəza nəticəsində "VAZ 2106", "VAZ 21011" və "Opel" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ 2106"nın sürücüsü 1986-cı il təvəllüdlü Xudiyev Nicat Sahəddin oğlu və sərnişini 1958-ci il təvəllüdlü İbrahimov Adil Xanoğlan oğlu, həmçinin "Opel"in sürücüsü 1974-cü il təvəllüdlü Tağıyev Məhər Valeh oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi