Ağcabədidə təcili yardım maşını traktorla toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Ağcabədidə təcili yardım maşını traktorla toqquşub, xəsarət alan var - FOTO - VİDEO Ağcabədi. 26 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunda yol qəzası baş verib.
Hadisə
26 Dekabr , 2018 13:53
Ağcabədidə təcili yardım maşını traktorla toqquşub, xəsarət alan var - FOTO - VİDEO
Report
0 : 00
0 : 00

Ağcabədi. 26 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunda yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Avşar kəndində qeydə alınıb.

Belə ki, Aslan Şəmşir oğlu Məmmədovun idarə etdiyi "Wolkswagen" markalı təcili tibbi yardım maşını ilə "T-28" markalı traktor toqquşub. Nəticədə traktor yoldan çıxaraq aşıb, sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun şəxsiyyəti dəqiqləşdirilir. 

Məlumata görə, təcili tibbi yardım maşını Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına Bakı şəhərindən həkim birqadası gətirirmiş. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi