Ağcabədidə silsilə oğurluqlar edən dəstə üzvləri zərərsizləşdirilib

Ağcabədidə silsilə oğurluqlar edən dəstə üzvləri zərərsizləşdirilib Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır
Hadisə
31 May , 2016 12:13
Ağcabədidə silsilə oğurluqlar edən dəstə üzvləri zərərsizləşdirilib

Bakı. 31 may. REPORT.AZ/ Ağcabədi Rayon  Polisi Şöbəsinin (RPŞ)  əməkdaşları silsilə oğruluqla məşğul olan dəstəni zərəsizləşdirib.
Şöbədən "Report"un Qarabağ bürosuna bildirilib ki, oğurluqla məşğul olan dəstə üzvləri  Ağcabədi, eyni zamanda qonşu rayonlardan iri və xırda buynuzlu heyvanları oğurlayaraq vətəndaşlara xeyli miqdarda ziyan vurublar: "Son bir neçə ay ərzində Ağcabədi və Bərdə rayon sakinlərinin iribuynuzlu mal-qarasının  oğurlanması barədə rayon Polis Şöbəsinə müraciət daxil olub. Keçirilmiş axtarış-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hər iki rayonda sisilə oğurluqlar həyata keçirən Ağcabədi rayonu Şahsevən kənd sakinləri, 1960-cı il təvəllüdlü Hüseynov Arif Qiyas oğlu, 1970-ci il təvəllüdlü Əliyev Rövşən Sakit oğlu, 1976-cı il təvəllüdlü Əliyev Zakir Mehman oğlu və Bərdə rayon Lənbəran kənd sakini, 1962-ci il təvəllüdlü İbrahimov Məhərrəm Araz oğlu əlbir olaraq silsilə oğurluqlar törədiblər". 

Ağcabədi RPŞ-dən verilən məlumatda qeyd olunub ki, oğurlanan heyvanların bir qismi Beyləqan rayonu ərazisində olan fermadan tapılaraq zərərçəkmiş şəxslərə təhvil verilib.

Faktla bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi