Polis Ağcabədi sakininin Xocavənddə tapdığı silah-sursatı götürdü

Polis Ağcabədi sakininin Xocavənddə tapdığı silah-sursatı götürdü Həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib
Hadisə
3 Aprel , 2021 13:11
Polis Ağcabədi sakininin Xocavənddə tapdığı silah-sursatı götürdü

Ağcabədi rayonunda silah-sursat götürülüb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilən Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.

Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.

Son xəbərlər

Orphus sistemi