Ağcabədidə şəhidlərin xatirəsi üçün şam ağacı quraşdırılıb

Ağcabədidə şəhidlərin xatirəsi üçün şam ağacı quraşdırılıb Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə şəhər ərazisində yolka quraşdırlması sakinlərin etirazına səbəb olub.
Hadisə
3125
23 Dekabr , 2020 10:38
Ağcabədidə şəhidlərin xatirəsi üçün şam ağacı quraşdırılıb

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə şəhər ərazisində yolka quraşdırlması sakinlərin etirazına səbəb olub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, İcra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə şəhərin mərkəzi küçələrindən birində yolka quraşdırılır.

Bu zaman bir neçə yerli sakin İcra aparatının əməkdaşlarına yaxınlaşaraq yolkanın quraşdırlmasına etiraz ediblər.

Sakinlər bildiriliblər ki, yolkanın quraşdırılması Vətən müharibəsində canından və qanından keçən şəhidlərin ruhuna hörmətsizlikdir. Daha sonra yolkanı quraşdıran şəxslər sakinlərə deyiblər ki, yolkadan şəhidlərin şəkillərini asacaqlar.

Bu sözdən sonra sakinlərlə yolka quraşdırlanlar arasında mübahisə yaranıb. Sakinlər yolka quraşdırlanların - "yolkadan şəhidlərin şəkillərini asacağıq" deməsini şəhidləri əla salmaq məqsədi ilə deyildiyini iddia ediblər.

"Report"un Qarabağ Mərkəzinin sorğusu əsasında Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) İnformasiya təminatı və təhlili sektorundan bildirilib ki, şəhərin mərkəzində, H.Əliyev meydanında şam ağacı quraşdırılan zaman hər hansı hadisə və ya sakinlər tərəfindən etiraz olmayıb:

"Bu məlumat tamamilə yanlış və qərəzli məlumatdır. Orada nə etiraz, nə də hər hansı şəxslər arasında mübahisə olmayıb. Şəhərin mərkəzi meydanında Yeni il yolkası yox, Vətən müharibəsinin şəhidlərinin xatirəsinə şam ağacı quraşdırılır. Uzunluğu 9 metr olan şam ağcının zirvəsində Azərbaycanın Dövlət Bayrağı dalğalandırılır. Şam ağacı Azərbaycanın şanlı Ordusunun işğaldan azad etdiyi rayonların adları, Azərbaycanın və Türkiyənin Dövlət Bayraqları ilə bəzədilib. Həmçinin şam ağacının üzərinə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi ərəfəsində işğaldan azad edilən ərazilərin adlarını xalqa müraciəti zamanı açıqlayarkən qürurla səsləndirdiyi şüarların əks olunduğu lövhələr quraşdırılıb. Ağcabədi rayonunundan Vətən müharibəsində şəhid olan 40 hərbçinin və 1 mülki şəxsin xatirəsinə 41 ədəd xarı bülbül simvolu asılıb".

Son xəbərlər

Orphus sistemi