Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
30 İyul , 2024 08:47
Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini oğurlayaraq 4 000 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Oğurlanmış kabellərin bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi