Ağcabədidə Qarabağ müharibəsi əlilinə məxsus avtomobil yanıb - FOTO

Ağcabədidə Qarabağ müharibəsi əlilinə məxsus avtomobil yanıb - FOTO Maşın hərəkətdə olarkən yanmağa başlayıb
Hadisə
6 Noyabr , 2017 00:25
Ağcabədidə Qarabağ müharibəsi əlilinə məxsus avtomobil yanıb - FOTO
REPORT

Bakı. 6 noyabr. REPORT.AZ/ Ağcabədi rayonunda minik avtomobili yanıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Hindarx qəsəbəsində hərəkətdə olan "04-BG-421" dövlət qeydiyyat nişanlı "Oka" markalı avtomobil qəfildən alışaraq yanıb.

Əraziyə yanğınsöndürənlər cəlb edilib. İlkin fərziyyəyə görə, hadisəyə avtomobilin elektrik naqillərində nasazlığın yaraması səbəb olub. Qısa qapanmadan alışan avtomobil qısa zamanda yanaraq tamamiilə kül olub. Avtomobilin sürücüsü xəsarət almayıb.

Avtomobil Qarabağ müharibəsi əlilinə məxsusdur. Onun şəxsiyyəti hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi