Ağcabədidə qadın evlərindən qızıl oğurlayaraq sevgilisinə hədiyyə edib

Ağcabədidə qadın evlərindən qızıl oğurlayaraq sevgilisinə hədiyyə edib Ağcabədidə rayonunda polisə oğurluq hadisəsi barədə yalan məlumat verən gənc qadın saxlanılıb
Hadisə
21 Mart , 2019 16:00
Ağcabədidə qadın evlərindən qızıl oğurlayaraq sevgilisinə hədiyyə edib

Ağcabədidə rayonunda polisə oğurluq hadisəsi barədə yalan məlumat verən gənc qadın saxlanılıb

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, K.Aslanova polisə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus evdən qızıl-zinət əşyaları oğurlanıb. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, 1500 manat dəyərində qızıl-zinət əşyalarını K.Aslanova özü münasibətdə olduğu şəxsə hədiyyə olaraq verib. Hadisəni ailə üzvlərindən gizlətmək üçün polisə yalan məlumat verib. K.Aslanova oğurluq görüntüsü yaratmaq üçün mənzilin pəncərəsini sındırıb ev əşyalarını dağıdaraq polisi inandırmağa çalışıb ki, oğurluq hadisəsi naməlum şəxslər tərəfindən törədilib.

İstintaq zamanı K.Aslanova törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi