Ağcabədidə ov tüfəngi ilə ehtiyatsız davranan şəxs xəsarət alıb

Ağcabədidə ov tüfəngi ilə ehtiyatsız davranan şəxs xəsarət alıb Araşdırma aparılır
Hadisə
30 Yanvar , 2017 11:59
Ağcabədidə ov tüfəngi ilə ehtiyatsız davranan şəxs xəsarət alıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Ağcabədidə ov tüfəngi ilə ehtiyatsız davranan şəxs xəsarət alıb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi rayonunun Taxtakörpü kəndində yaşayan Əmrah Məmmədov həyətlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi