Ağcabədidə ot tayasında 14 kiloqram marixuana aşkarlanıb - FOTO

Ağcabədidə ot tayasında 14 kiloqram marixuana aşkarlanıb - FOTO Faktla bağlı cinayət işi başlanıb
Hadisə
22 Sentyabr , 2016 13:05
Ağcabədidə ot tayasında 14 kiloqram marixuana aşkarlanıb - FOTO

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) Pərioğullar kəndində yaşayan İlqar Xankişiyevin həyətində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olub.

“Report” xəbər verir ki, həmin məlumat əsasında İ.Xankişiyevin yaşadığı mənzilə və evin həyətinə baxış zamanı ot tayasının üstündə gizlətdiyi 14 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, 2016-cı ilin avqust-sentyabr ayları ərzində Ağcəbədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədi ilə 10-dan artıq əməliyyat-axtarış tədbiri həyata keçirilib. Bu tədbirlər nəticəsində qanunsuz dövriyyədən ümumilikdə 17 kiloqram narkotik vasitə olan marixuana çıxarılıb. Həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən xüsusi qulluq əsasında yetişdirilən 70-ə yaxın çətənə kolu aşkar olunaraq götürülüb və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan həmin şəxslər barəsində qanuni tədbirlər görülüb

Son xəbərlər

Orphus sistemi