Ağcabədidə oğurluqla məşğul olan dostlar tutulub - VİDEO

Ağcabədidə oğurluqla məşğul olan dostlar tutulub - VİDEO Ağcabədi rayonunda mənzildən oğurluq edilib.
Hadisə
29 Noyabr , 2019 11:52
Ağcabədidə oğurluqla məşğul olan dostlar tutulub - VİDEO

Ağcabədi rayonunda mənzildən oğurluq edilib.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon Hindarx qəsəbə sakini Məhərrəm Mammedov Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus yaşayış evindən naməlum şəxs və yaxud şəxslər oğurluq edərək 2 min manata yaxın ziyan vurublar. 

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri Xaliq Tağıyev Ruslan İsmayılov saxlanılıblar.

Saxlanan şəxslər istintaqa ifadəsində törətdikləri cinayəti etiraf edərək mənzildən oğurladıqları əşyaları sataraq qazanc əldə etdiklərini bildiriblər.

Saxlanan şəxs X.Tağıyevin üzərinə baxış keçirilən zaman ondan 3.131 qram narkotik vasitə hesab olunan heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi