Ağcabədidə mənzildən oğurluq edən şəxs saxlanılıb

Ağcabədidə mənzildən oğurluq edən şəxs saxlanılıb Ağcabədi. 2 mart. REPORT.AZ/ Ağcabədi rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
2 Mart , 2019 11:22
Ağcabədidə mənzildən oğurluq edən şəxs saxlanılıb

Ağcabədi. 2 mart. REPORT.AZ/ Ağcabədi rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qarabağ Mərkəzinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar ayında Ağcabədi rayon sakini Rövşən Azadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib.

Məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib, R.Azadova məxsus evdən ümumi dəyəri 3000 manat olan məişət əşyalarının oğurlandığı müəyyən edilib. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elçin Hüseynov saxlanılaraq istintaqa təhvil verilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi