Ağcabədidə mağazadan oğurluq olub

Ağcabədidə mağazadan oğurluq olub Ağcabədi rayonunda mağazadan oğurluq edilib.
Hadisə
26 Aprel , 2019 12:22
Ağcabədidə mağazadan oğurluq olub
Report

Ağcabədi rayonunda mağazadan oğurluq edilib.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Boyat kəndində baş verib.

Belə ki, həmin kəndin sakini Seymur Abbasova məxsus mağazadan pul, siqaret, kompüter, təhlükəsizlik kamerasınin yaddaş kartı və digər ərzaq malları oğurlanıb.

Sahibkara, təxminən, 1500 manat ziyan dəyib. 

Gecə saatlarında naməlum şəxs və ya şəxslər mağazaya arxadan daş divarı dağıdaraq daxil olublar. Sahibkar hüquq-mühafizə orqanlarına məlumat verib. 

Bu istiqamətdə rayon polis şöbəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi