Ağcabədi rayonunda külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları Avşar kəndi ərazisində yerli sakin Vahid Siyafət oğlu Baxşəliyevi saxlayıb. Onun üzərindən bir kibrit qutusunda qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı mənzildən 7 kq-a yaxın qurudulmuş marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.





