Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanılıb

Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanılıb Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Hadisə
27 Noyabr , 2020 17:28
Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2 nəfər rayon sakini – H.Rzayev və F.Muradova koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq, yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldqıları müvafiq ünvanlara aparılıb.

Ağcabədi RPŞ-nin İstintaq Bölməsində hər iki şəxs barəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi