Ağcabədidə evdən 4 min manatlıq qızıl-ziynət əşyaları oğurlanıb

Ağcabədidə evdən 4 min manatlıq qızıl-ziynət əşyaları oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
31 avqust 2017 08:31
Ağcabədidə evdən 4 min manatlıq qızıl-ziynət əşyaları oğurlanıb

Bakı. 31 avqust. REPORT.AZ/ Ağcabədi rayonu ərazisindəki evlərdən birindən qızıl-ziynət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

"Report" xəbər ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 24-də rayon ərazisindəki evlərdən birindən 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini İlyas Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi