Ağcabədidə bir ailənin üzvləri yol qəzasına düşüb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Ağcabədidə bir ailənin üzvləri yol qəzasına düşüb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB Ağcabədi. 29 sentyabr. REPORT.AZ/ Ağca bədi rayonunda bir ailənin 3 üzvü qəzaya düşüb, ölən və yaralananlar var.
Hadisə
29 Sentyabr , 2018 18:09
Ağcabədidə bir ailənin üzvləri yol qəzasına düşüb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Foto: "Report"

Ağcabədi. 29 sentyabr. REPORT.AZ/ Ağca bədi rayonunda bir ailənin 3 üzvü qəzaya düşüb, ölən və yaralananlar var.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Mehdi Bayramovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və qarşı tərəfdən gələn "Belarus" markalı traktorla toqquşub. Nəticədə minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları - Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


***17:23

Ağcabədi. 29 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Belarus" markalı traktorla "VAZ-2107" markalı avtomobil toqquşub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi