Ağcabədidə avtomobil piyadanı vuraraq öldürdü

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürdü Ağcabədi rayonunda yol qəzası baş verib.
Hadisə
29 İyul , 2020 13:00
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürdü

Ağcabədi rayonunda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 28-i saat 23 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Muğanlı kənd sakini Z.Talıbov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Xəyal Səlimovu vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi