Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri saxlanılıb - YENİLƏNİB
- 15 yanvar, 2023
- 15:42
Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri saxlanılıb.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşları tərəfindən Ə.Mehdiyev tədbirlərlə saxlanılıb.
Araşdırma aparılır.
19:10
Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri axtarışa verilib.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşları tərəfindən Ə.Mehdiyevin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.