Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında ölüb
Hadisə
- 20 iyul, 2017
- 23:17
Bakı. 21 iyul. REPORT.AZ/ Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüm hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Ağdam rayonunun Əhmədağalı kənd sakini, 1993-cü il təvəllüdlü Süleymanov Elçin İsmixan oğlu bağırsaq uzanması xəstəliyi ilə Ağcabədi RMX-ya müaciət edib.
Yaranmış vəziyyətin daha da kəskinləşməməsi üçün həkimlər onu 3 ay əvvəl əməliyyat ediblər. Ancaq ilk əməliyyat uğursuz alınıb. Daha sonra 24 yaşlı gənc 17 gün ərzində üç dəfə əməliyyat otağına girməli olub.
Ailə üzvləri iddia edir ki, Elçin Süleymanov sonuncu əməliyatında çoxlu qanitirmədən, daha doğrusu həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
12:07
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"
İnfrastruktur12:04
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
Biznes12:02
Burak Yılmaz "Çorum"un baş məşqçisi olub
Futbol12:01
İranda ağır avtoqəza olub, 8 nəfər ölüb
Region12:00
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
Hadisə12:00
İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib
Xarici siyasət12:00
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Biznes11:57
Foto
İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktorunu qəbul edib
Daxili siyasət11:55