Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə
- 31 yanvar, 2025
- 09:14
Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Elşad Zeynalov saxlanılıb. E.Zeynalovun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onun bir müddət əvvəl narkotikləri kultivasiya yolu ilə yetişdirərək əldə etdiyi və satış məqsədi ilə özündə saxladığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Son xəbərlər
14:50
Aİ Macarıstanın Rusiya aktivləri ilə bağlı iddiasını rədd edib
Digər ölkələr14:50
ADY Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir
İnfrastruktur14:48
Serbiya parlamenti buraxılıb
Digər ölkələr14:47
Yalçın Rəfiyev: Azərbaycan Qambiya, Qvineya-Bisau və Çad ilə Birgə İşçi Qrupları yaradıb
Xarici siyasət14:47
Peskov: Putin və Tramp Rusiya–ABŞ–Çin sammitinin keçirilməsi mümkünlüyünü müzakirə edib
Digər ölkələr14:46
UNECE: İqlim layihələri risklərin azaldılmasına ehtiyac duyur
Ekologiya14:46
Slovakiya ABŞ-dən daha 4 ədəd F-16 qırıcı təyyarəsi alacaq
Digər ölkələr14:45
"Kəpəz"in kapitanı Dioqo Verdaska məşqdə zədələnib
Futbol14:42