​Ağcabədi və Bərdədə top mərmisi və piyada əleyhinə mina aşkar olunub

​Ağcabədi və Bərdədə top mərmisi və piyada əleyhinə mina aşkar olunub Partlamamış hərbi sursatlar məhv edilib
Hadisə
27 İyun , 2016 23:28
​Ağcabədi və Bərdədə top mərmisi və piyada əleyhinə mina aşkar olunub

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) iyunun 3-də Ağcabədi, Ağdam və Bərdə rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

“Report”a ANAMA-dan bildirilib ki, iyunun 27-də 2 əkin sahəsinə, çay sahilinə və yarımtikiliyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (OF56-1 modelli 122 mm-lik top mərmisi) və 1 ədəd OZM-72 markalı piyada əleyhinə mina aşkar olunub.

Top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə daşınıb, piyada əleyhinə minanın daşınması təhlükəli olduğuna görə yerində zərərsizləşdirilib. Gün ərzində 5 500 kv. m ərazi təmizlənib.

Ağcabədi rayonu

Arazbar kəndi – Qar-Qar çayın sahilindən 1 ədəd partlamamış piyada əleyhinə mina (OZM-72) aşkar olunub, minanın daşınması təhlükəli olduğuna görə, partlayış yolu ilə yerində zərərsizləşdirilib, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin və FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzi məlumatı )

Ağdam rayonu

Mahrızlı kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamış hərbi sursatın (9M22U raketi – Qrad ) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 2 000 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzinin məlumatı)

Əhmədağalı kəndi – 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, top mərmisinin

partlamış qalıqları aşkar olunub, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzinin məlumatı)

Bərdə rayonu

Kələntərli kəndi – Qaz zavodunun yaxınlığındakı yarımtikili əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (OF56-1 modelli 122 mm-lik top mərmisi) aşkar olunub, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə daşınıb, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzinin məlumatı).

Son xəbərlər

Orphus sistemi