Ağcabədi sakinindən narkotik və silah götürüldü

Ağcabədi sakinindən narkotik və silah götürüldü Ağcabədi rayon sakinində narkotik vasitə və silahaşkarlanıb.
Hadisə
11 İyul , 2020 13:16
Ağcabədi sakinindən narkotik və silah götürüldü

Ağcabədi rayon sakinində narkotik vasitə və silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aran kənd sakini, əvvəllər məhkum olunmuş A.Cabbarovdan 2,40 qram marixuana götürülüb. 

A.Cabbarovun evinə baxış zamanı 1 ədəd qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng, habelə həyətyanı sahədən 15 kq marixuana aşkarlanaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi