Ağcabədi sakini tüfənglə atı vuraraq öldürüb

Ağcabədi sakini tüfənglə atı vuraraq öldürüb Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.
Hadisə
5 İyul , 2022 11:31
Ağcabədi sakini tüfənglə atı vuraraq öldürüb

Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb.

Ondan “Churchil” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi