ADY: Bu gün Balakən-Bakı sərnişin qatarı paytaxta Qax stansiyasından yola salınacaq

Hadisə
  • 11 avqust, 2018
  • 09:43
ADY: Bu gün Balakən-Bakı sərnişin qatarı paytaxta Qax stansiyasından yola salınacaq

Bakı. 11 avqust. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Balakən sərnişin qatarının yolda qalmasına aydınlıq gətirib. 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, avqustun 11-də aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişib, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib. 

Nəticədə Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıblar.

Hazirda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır.

Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaq. Bakı-Balakən sərnişin qatarı bu gün Bakıdan isə cədvəl üzrə yola salınacaq. 

Son xəbərlər

Bütün Xəbər Lenti