ADU-da "EducationUSA"in “Alumni Fair” təhsil sərgisi keçirilib

ADU-da "EducationUSA"in “Alumni Fair” təhsil sərgisi keçirilib Aprelin 20-də Aərbaycan Dillər Universitetində EducationUSAin “Alumni Fair” adlı təhsil sərgisi keçirilib. Azərbaycan tələbələrinin ABŞ-da təhsil arzularına çatmasına kömək etmək məqsədilə 26-dan çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub.
Hadisə
20 Aprel , 2019 23:30
ADU-da EducationUSAin “Alumni Fair” təhsil sərgisi keçirilib

Aprelin 20-də Aərbaycan Dillər Universitetində "EducationUSA"in “Alumni Fair” adlı təhsil sərgisi keçirilib. Azərbaycan tələbələrinin ABŞ-da təhsil arzularına çatmasına kömək etmək məqsədilə 26-dan çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub.

"Report" xəbər verir ki, bu tədbir hər il ABŞ-ın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən maliyyələşdirilir və ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları iştirak edirlər.

Məzunlar öz universitetləri haqqında danışaraq iştirakçıları məlumatlandırdıqca Birləşmiş Ştatlarda universitet həyatı haqqında birbaşa məzunların hekayələrini dinləmək şansı əldə ediblər. Tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunları və ABŞ-in Azərbaycandakı səfirliyinin işçiləri ilə görüşüb, onları maraqlandıran suallarla məzunlara müraciət edə biliblər.

Son xəbərlər

Orphus sistemi