ADNSU-da tüstülənmə olub

Hadisə
  • 17 noyabr, 2021
  • 08:49
ADNSU-da tüstülənmə olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində zibil qutusunda yanğın olub.

Bunu "Report"a açıqlamasında ali məktəbin Mətbuat Xidmətinin rəhbəri Bəhruz Nəzərov deyib.

O bildirib ki, hadisə universitetin ikinci korpusunda baş verib: "Zibil qutusunun içindəki kağızlar yandığı üçün bir neçə dəqiqə tüstü olub və dərhal söndürülüb. Yaşanan hadisə tədris prosesinə mane olmayıb".