Yuxarı

Adam öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib
Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Mahmudovun cinayət işi üzə məhkəmənin hazırlıq prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib.

Qeyd edək ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 20 yaşlı Bilal Paşa oğlu Məmmədov şəhərin 28 May küçəsində bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub. Zərərçəkmiş ifadəsində küçə ilə hərəkətdə olan zaman naməlum şəxslərin ona yaxınlaşdığını və bıçaqla hədələyərək pul tələb etdiklərini bildirib. Bilal Məmmədov pul vermədiyinə görə həmin şəxslər tərəfindən bıçaqlandığını deyib. Hadisəni törədən 25 yaşlı Mehman Mövlud oğlu Mahmudov isə bir neçə saat sonra Abşeron Rayon Polis İdarəsinə könüllü təslim olub. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi