Ad günü keçirən qonşusunun həyətinə qumbara atdı

Ad günü keçirən qonşusunun həyətinə qumbara atdı Rusiyanın Stavropol diyarının Prietokski kəndində qonşularının səs-küy salmasına əsəbləşən şəxs onların həyətinə qumbara atıb.
Hadisə
11 May , 2020 05:19
Ad günü keçirən qonşusunun həyətinə qumbara atdı

Rusiyanın Stavropol diyarının Prietokski kəndində qonşularının səs-küy salmasına əsəbləşən şəxs onların həyətinə qumbara atıb. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

Hadisənin motivinə gəlincə isə qonşuda ad günü münasibəti ilə məclis keçirilib. Məclisdə iştirak edənlərin səsinə əsəbləşən içkili şəxs evində saxladığı qumbaranı qonaqların olduğu həyətə tullayıb.

Qonaqlardan biri qranatı masanın altına atıb. Baş verən partlayış nəticəsində xəsarət alanlar hadisə yerinə cəlb edilən dörd təcili yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Məclisdə iştirak edən 18 nəfərdən 15-i xəsarət alıb.

Hazırda bir nəfərin vəziyyəti ağır, daha iki nəfərin isə orta-ağırdır. Hadisəni törədən şəxs Stavropol diyarında saxlanılıb.  

Son xəbərlər

Orphus sistemi