Abşeron. 14 may. REPORT.AZ/ Abşeron rayonunda yük maşını yanıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, magistralda hərəkətdə olan 90-ZV-376 dövlət nömrə nişanlı yük maşını anidən tüstülənməyə başlayıb. Sürücü dərhal avtomobil düşərək təhlükəsiz əraziyə qaçıb. Hadisə yerinə ərazi üzrə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Yük maşının tamamiylə yanıb.