Abşeronda yük maşını orta yaşlı kişini vuraraq öldürüb

Abşeronda yük maşını orta yaşlı kişini vuraraq öldürüb Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
21 Yanvar , 2020 12:34
Abşeronda yük maşını orta yaşlı kişini vuraraq öldürüb

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 20-də saat 2 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini B.Mikayılov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarı ilə gedən 40-50 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi