Abşeronda yük maşını hasara çırpılıb, sürücü yaralanıb

Abşeronda yük maşını hasara çırpılıb, sürücü yaralanıb Bakı. 28 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Digah qəsəbəsində “Kamaz” markalı yük avtomobili hasara çırpılıb.
Hadisə
28 Oktyabr , 2018 04:31
Abşeronda yük maşını hasara çırpılıb, sürücü yaralanıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Digah qəsəbəsində “Kamaz” markalı yük avtomobili hasara çırpılıb.

"Report" xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi