Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Caniyev Rafiq Abdulrəhim oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ sirkə kasasının sınığı və qabırğaların yerdəyişən sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.