Abşeronda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Abşeronda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var Abşeronda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
27 İyun , 2019 02:34
Abşeronda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
Foto: "Report"

Abşeronda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Sabirabad rayonu, Qasımbəyli kənd sakini, 1994-cü il təvəllüdlü Əsgərov Sərvər Qismətəli oğlu yolu keçərkən "Mercedes" markalı avtomobil onu vurub. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona dizaltı nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. S.Əsgərov cərrahi əməliyyat edilib.

Son xəbərlər

Orphus sistemi