Bakı. 27 dekabr. REPORT.AZ/ Abşeron rayonu Mehdiabad qəsəbəsindən Fatmayı qəsəbəsinə gedən yolda yerləşən yaşayış binalarının birində partlayış baş verib. Bu barədə "Report"a Abşeron Rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə yerində Fövqəladə Hallar Nazirliyindən xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Hadisə zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir.