Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində taksidə olan sərnişin, 1989-cu il təvəllüdlü Atababayeva Həmidə Xələf qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.