Abşeronda sevdiyi qadının anasını bıçaqlayan şəxs məhkəmə zalında həbs olunub

Abşeronda sevdiyi qadının anasını bıçaqlayan şəxs məhkəmə zalında həbs olunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əlibrahim Səmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
26 Aprel , 2019 11:48
Abşeronda sevdiyi qadının anasını bıçaqlayan şəxs məhkəmə zalında həbs olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əlibrahim Səmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Səmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə Abşeron rayonunda baş verib. Ə.Səmədov qeyri-rəsmi nikah münasibətində olduğu A.Məmmədlinin anası R.Məmmədovanı bıçaqlayıb.

Buna səbəb R.Məmmədovanın qızının Ə.Səmədovla münasibətinə etiraz etməsi olub. 

Son xəbərlər

Orphus sistemi