Abşeronda sərxoş sürücü maşınla yanacaqdoldurma məntəqəsinə girərək qəza törədib - FOTO

Abşeronda sərxoş sürücü maşınla yanacaqdoldurma məntəqəsinə girərək qəza törədib - FOTO İdarəetməni itirən sürücü avtomobili məntəqədəki texnikaya vurub
Hadisə
6 Yanvar , 2018 08:32
Abşeronda sərxoş sürücü maşınla yanacaqdoldurma məntəqəsinə girərək qəza törədib - FOTO
Report

Bakı. 6 yanvar. REPORT.AZ/ Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Rəsulov Rövşən Şamo oğlu idarə etdiyi "90-MP-597" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobili ilə "Lukoil" yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib.

Lakin idarəetməni itirən sürücü avtomobili məntəqədəki texnikaya vurub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi