Abşeronda qonşusunu daşla vuran şəxsin cəzası azaldılıb

Abşeronda qonşusunu daşla vuran şəxsin cəzası azaldılıb Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
8 Avqust , 2017 16:53
Abşeronda qonşusunu daşla vuran şəxsin cəzası azaldılıb
Report

Bakı. 8 avqust. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Şamo Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Məmmədovun barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Belə ki, onun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, cinayət hadisəsi 2016-cı ilin iyun ayının 8-də baş verib. Ş.Məmmədov Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivi 13-cü küçədə onlarla qonşuluqda kirayədə yaşayan Hüseyn Paşayevi daşla vurub.

Hadisəyə səbəb isə Ş.Məmmədov yaşadığı həyətdəki ağacdan tut dərən zaman H.Paşayevin ona irad bildirməsi olub. Belə ki, H.Paşayev həyətdə ailə üzvlərinin olmasını əsas gətirərək onunla mübahisə edib. Daha sonra Ş.Məmmədov qonşusunu daşla vurub.

Ş.Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərə vurma) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi