Abşeronda “Niva” və “Mercedes” toqquşub, xəsarət alan var

Abşeronda “Niva” və “Mercedes” toqquşub, xəsarət alan var Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində “Niva” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobusun toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə
Hadisə
16 Avqust , 2022 22:14
Abşeronda “Niva” və “Mercedes” toqquşub, xəsarət alan var

Abşeronda yol qəzası olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Novxanı kəndində “Niva” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobusun toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə 1 nəfəri deformasiyaya uğrayan “Niva” markalı nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi