Abşeronda qardaş qardaşını bıçaqlayaraq qaçıb

Abşeronda qardaş qardaşını bıçaqlayaraq qaçıb Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb
Hadisə
16 Mart , 2017 09:51
Abşeronda qardaş qardaşını bıçaqlayaraq qaçıb

Bakı. 16 mart. REPORT.AZ/ Abşeron rayonunda qardaş qardaşını bıçaqlayaraq qaçıb.

"Report"un xəbərinə görə, hadisə rayonun Məhəmmədi kəndində baş verib. 

Belə ki, 31 yaşlı Nurəliyev Seyidəli Murad oğlu ilə qardaşı arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Qardaşı S.Nurəliyevin sinə nahiyəsinə bıçaqla zərbə vurub və hadisə yerindən qaçıb. S.Nurəliyev ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ailə üzvləri əvvəlcə hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyiblər. Amma ilkin araşdırma zamanı S.Nurəliyevi qardaşının bıçaqladığı məlum olub. 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları S.Nurəliyevin qardaşının axtarışına başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi