Abşeronda qardaş qardaşını bıçaqlayaraq qaçıb
Hadisə
- 16 mart, 2017
- 05:51
Bakı. 16 mart. REPORT.AZ/ Abşeron rayonunda qardaş qardaşını bıçaqlayaraq qaçıb.
"Report"un xəbərinə görə, hadisə rayonun Məhəmmədi kəndində baş verib.
Belə ki, 31 yaşlı Nurəliyev Seyidəli Murad oğlu ilə qardaşı arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Qardaşı S.Nurəliyevin sinə nahiyəsinə bıçaqla zərbə vurub və hadisə yerindən qaçıb. S.Nurəliyev ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ailə üzvləri əvvəlcə hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyiblər. Amma ilkin araşdırma zamanı S.Nurəliyevi qardaşının bıçaqladığı məlum olub.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları S.Nurəliyevin qardaşının axtarışına başlayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
21:45
Video
Rusiyanın hücumları nəticəsində Lvovda UNESCO-nun abidəsi ziyan çəkib, xəsarət alanlar var
Digər ölkələr21:32
Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
İnfrastruktur21:19
Aleksey Kuleba və Marta Kos Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə ediblər
Digər ölkələr21:02
Türkiyənin energetika və təbii sərvətlər naziri: "İrandan qaz tədarükü davam edir"
Region20:44
Ərdoğan: Türkiyə olaraq, bu yeni vəziyyətə hazırlıq görmüşük
Region20:33
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur20:14
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb
Digər ölkələr19:53
Foto
Salyanda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var
Hadisə19:45