Yuxarı
    Bağlamaq

    Abşeronda qadın sürücü qəza törədib, 4 nəfər yaralanıb - FOTO

    Maşın işıq dirəyinə çırpılıb

    Bakı. 30 aprel. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsində yol qəzası baş verib.

    "Report" xəbər verir ki, "99-BH-303" dövlət qeydiyyat nişanlı "Toyota Corolla" markalı avtomobil Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

    Nəticədə dirək aşmasa da, onun üzərindən gedən naqillər qırılıb və qəsəbəyə verilən elektrik enerjisi kəsilib. Hazırda qəsəbənin bir hissəsi işıqsız qalıb. Problemin aradan qaldırılması istiqamətində iş gedir.

    Sakinlərin sözlərinə görə, avtomobili qadın idarə edib və özündən savayı maşında onun 3 rəfiqəsi də olub. Nəticədə onların hamısı xəsarət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi